Ursula Fon der Lyayen Azərbaycandan Ermənistana gedib
02 İyul 2026
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana işgüzar səfəri iyulun 2-də başa çatıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeni Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər yola salıblar.
Avropa Komissiyasının Prezidenti Bakıdan İrəvana səfərə gedib. Ermənistan mediası xəbər verir ki, onu "Zvartnots" hava limanında bu ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.
Səfər çərçivəsində fon der Lyayen ölkənin Baş naziri Nikol Paşinyanla görüşəcək.