Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynalı komandan hərbi strategiyanın bəzi məqamlarını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı müharibədə həyata keçirdiyi hərbi strategiyanın əsas məqamlarından biri təchizat məntəqələrinə davamlı zərbələrin endirilməsidir.

Bunu Ukrayna Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski "ABC News" telekanalına müsahibəsində bildirib.

O deyib ki, Rusiyanın artilleriyada üstünlüyə malik olduğu toqquşmaların dəf edilməsi də hərbi strategiyada nəzərdə tutulur.

Komandanın sözlərinə görə, Ukrayna qüvvələri minimal itki ilə hədəfə çatmaq üçün mobil hücumlar həyata keçirir.