Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada prezident seçkiləri keçirilə bilər - KİV

Volodimir Zelenski 2025-ci ildə Ukraynada prezident seçkiləri keçirməyi planlaşdırır.

Məlumatı “The Economist” yayıb.

Məlumata görə, Ali Radadakı bütün siyasi partiyalar 2023-cü ildə ölkədə münaqişə bitənə qədər bütün seçkiləri təxirə salmağa razılaşdırıb.

Prezidentliyə iddialı namizədlərdən biri Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıdır.

Nəşr qeyd edir ki, Ukrayna seçiciləri ölkəyə rəhbərlikdə yeni liderlər görmək istəyir.

Zelenski 2019-cu il mayın 20-dən Ukraynanın prezidentidir.