Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada merə Rusiya hərbçilərindən təhdid: “Ya təslim olun, ya da...”- VİDEO

Ukraynanın Sumı vilayətinin Konotop şəhərinin meri Artyom Semenixin yerli sakinlərin qarşısına çıxaraq onlara Rusiya hərbçilərinin ultimatumunu səsləndirib.

Konotopun meri qeyd edib ki, Rusiya ordusunun yüksək rütbəli hərbçisi onunla əlaqə yaradaraq şəhəri müqavimətsiz təslim etməyi təklif edib.

O, qeyd edib ki, əvəzində rusiyalı hərbçilər yerli sakinlərə toxunmayacaqlarına, şəhərin infrastrukturuna heç bir zərərin dəyməyəcəyinə zəmanət verir.

Müqavimətin göstəriləcəyi halda isə şəhərin aramsız artilleriya atəşinə məruz qalacağı söylənilib.

Video yerli sakinlərdən  biri tərəfindən çəkilib və sosial şəbəkələrdə yayılıb.

Hələlik yerli sakinlərin yekun qərarı barədə məlumat yoxdur.