Ukraynada azərbaycanlı nazir müavini təyin olunub
28 Sentyabr 2024
Ukraynada icmaların və ərazilərin inkişafı naziri müavini vəzifəsinə əslən azərbaycanlı, Timur Firudin oğlu Məmmədov (Tkaçenko) təyin olunub.
Ukrayna Nazirlər Kabineti bununla bağlı sentyabrın 27-də qərar qəbul edib.
T. Məmmədov buna qədər Ukrayna strateji sənayelər nazirinin müavini olub. Onun atası Firudin Məmmədov Ukraynada Azərbaycan diasporunun fəal üzvlərindən biri olub. F. Məmmədov 2023-cü ildə vəfat edib. (Report)