Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Rusiyanın strateji obyektlərinə zərbələr endirib - Qaz emalı zavodunda yanğın başlayıb

Ukrayna dronlarının Volqoqrad vilayətinin Kotovo şəhərinə hücumundan sonra qaz emalı zavodunda yanğın başlayıb. Yanğın peyk görüntülərində də müşahidə olunub.

Yerli hakimiyyət orqanları yanacaq emalı və enerji obyektlərində yanğınların baş verdiyini təsdiqləyib.

Xəsarət alanlar barədə məlumat verilməyib. Korobkov zavodu Cənub Federal Dairəsində təbii qazın emalı üzrə ən iri müəssisə sayılır. Zavod benzin, maye qaz və sənayenin müxtəlif sahələri üçün xammal istehsal edir.

Rusiya Müdafiə Nazirliyi səhər saatlarında ölkənin müxtəlif regionları üzərində Ukraynaya məxsus 19 dronun vurulduğunu bildirib. Volqoqrad vilayəti üzərində 10 dron zərərsizləşdirilib.

Volqoqrad, Saratov və Samara aeroportlarının işinə məhdudiyyətlər qoyulub.