Ukrayna Rusiya ilə danışıqlara hazırdır
31 İyul 2024
“Kiyev Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Moskva ilə danışıqlar aparmağa hazırdır”.
“Strana.ua” xəbər verir ki, bunu NV-yə müsahibəsində Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.
“Əlbəttə, danışıqlara ehtiyac var, lakin Ukrayna açıq şəkildə deyir: gəlin, beynəlxalq hüquqa əsaslanan şərtlərlə danışıqları bir konsepsiya kimi təqdim edək”, - Podolyak deyib.
O, aydınlaşdırıb ki, bu konsepsiyada əsas məsələ dövlətlərin ərazi bütövlüyü və suverenliyidir.