Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
04 Sentyabr 2026
Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır.
Bu barədə “The Wall Street Journal” qəzeti yazı dərc edib.
Məlumata görə, Ukrayna hava nəqliyyatını müntəzəm olaraq pozmaq və bununla da Moskvaya iqtisadi təzyiqi artırmaq üçün Rusiya hava limanları yaxınlığında kütləvi dron hücumlarından istifadə etmək niyyətindədir.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hava məkanını qapadacaqları ilə bağlı Moskvanı təhdid edib.