Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ordusu əks hücuma keçdi - Rusiya generalı ordunu atıb qaçdı

Ukrayna ordusunun bu gün günün ikinci yarısında Xarkov istiqamətində əks hücuma keçdiyi və Vasilkov şəhəri ətrafında Rusiya ordusunun qruplaşmasına qarşı təmizləmə əməliyyatına başladığı bildirilir. Cəbhədən ən son məlumatları yayan “Vertikal” telegram-kanalında yer alan məlumata əsasən hazırda Ukrayn Silahlı Qüvvələri Kiyevdən qərbdəki Makarov rayonunda cəmləşmiş Rusiya qruplaşmasına dəqiq zərbələr endirir. Habelə Nikolayev və Çerniqov vilayətlərində də döyüşlər gedir, ruslar itki verir.



“Çernobıl zonasından çıxan bir neçə tank məhv edildi, “Bayraktar”larla işlədilər. Ukrayna ordusu metodik şəkildə Rusiya ordusunun Çernobıl zonasından çıxan zərbə qüvvəsini məhv edəcək”,-məlumatda deyilir.

Bundan əlavə, Çernobıl ətrafında Ukrayna ordusu rusların Dityatki kəndində yerləşən komanda məntəqəsini də məhv edib. Jurnalistlər müəyyən edə biliblər ki, Rusiyanın Şərq hərbi dairəsinin 36-cı ordusunun qərargah rəisi, general-mayor Sergey Nırkov şəxsi heyəti ataraq Ukrayna ordusunun xüsusi əməliyyatı zamanı Belarusa, Mozır şəhərinə qaçıb. Onun tabeçiliyində olan qoşunlar darmadağın edilib.