Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad edib

Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Xerson vilayətinin Malaya Seydeminuxa kəndini Rusiya hərbçilərindən azad edərək orada dövlət bayrağını qaldırıblar.

Bu barədə Ukrayna mətbuatı xəbər verir.

Qeyd edilir ki, bayrağı 61-ci əlahiddə səhra briqadasının hərbçiləri ucaldıblar.

Daha əvvəl Pentaqon rəhbəri Lloyd Ostin deyib ki, Ukrayna hərbçiləri səmərəli və metodik işlədikləri üçün Xersonu öz nəzarətlərinə qaytara bilərlər.