Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna nümayəndə heyətinə tapşırıq: Danışıqlarda heç nə yeyib-içməyin

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu gün İstanbulda danışıqlarda iştirak edəcək nümayəndə heyətinə Rusiya nümayəndə heyəti ilə müzakirələrdə yeyib-içməməyi xəbərdarlıq edib. Bu barədə Kuleba ölkənin yerli televiziya kanalına müsahibəsində danışıb.

“Rusiya Federasiyası ilə danışıqlara gedən hər kəsə nə isə yeməməyi, içməməyi, eləcə də səthlərə toxunmamağı tövsiyə edirəm”, - deyə Kuleba qeyd edib.

Xatırladaq ki,  “Bellingcat” tədqiqatlar qrupunun məlumatına görə, Ukrayna-Rusiya danışıqlarında iştirak etmiş nümayəndə heyətinin üç üzvünün kimyəvi silahdan zəhərlənmə əlamətləri hiss etdiyi bildirilir. Onlardan birinin rusiyalı oliqarx Roman Abramoviç olduğu iddia edilib.