Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Mali və Sudanda yerli silahlı qruplara təlim keçmək üçün hərbçilər göndərib

Ukrayna Mali və Sudana pilotsuz uçuş aparatları üzrə təlimatçılar göndərib. Onların yerli silahlı qruplara, o cümlədən “Əl-Qaidə” ilə əlaqəli şəxslərə təlim keçdiyi bildirilir.

Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Ukraynadan 15 təlimatçı Maliyə, daha bir neçə nəfər isə Sudana göndərilib.

CNN bildirir ki, Malidə ukraynalı hərbçilər “Azavad Azadlıq Cəbhəsi” qruplaşmasına yardım göstərirlər. Məlumata görə, Ukrayna təlimatçıları döyüş əməliyyatlarında birbaşa iştirak etməsələr də, yerli silahlı qüvvələrə operativ dəstək verir və təlimlər keçirirlər.

CNN-in mənbələrindən biri iddia edib ki, ukraynalılar bu ilin əvvəlində tuareq üsyançılarına və “Əl-Qaidə” ilə əlaqəli silahlılara Kidal şəhərinə hücum zamanı yardım göstəriblər.

Telekanalın məlumatına görə, Çad, Niger və Burkina-Fasodan olan döyüşçülər də ukraynalı hərbçilərlə məsləhətləşmələr aparmaq üçün Maliyə gediblər.

Ukrayna tərəfinin CNN-in məlumatına münasibəti barədə məlumat verilməyib.