Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Krımdakı "Saki" və "Qvardeyskoye" aerodromlarına zərbələr endirib

Ukrayna Təhlükəsizlik Xidməti işğal olunmuş Krımdakı "Saki" və "Qvardeyskoye" hərbi aerodromlarına zərbələr endirib, nəticədə Rusiya ordusunun aviasiya texnikasının saxlanması üçün nəzərdə tutulan dörd anqar vurulub.

UNIAN xəbər verir ki, zərbələr "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin hərbçiləri tərəfindən endirilib.

Aerodromlarla yanaşı, Kerç boğazı ərazisində Rusiya qoşunlarının HHM vasitələri də vurulub.

Bundan başqa, Kerç ərazisində S-400 zenit-raket kompleksinə aid iki qurğu və iki ədəd "Pantsir-S1" zenit raket kompleksi vurulub.

Ukrayna xüsusi xidmət orqanından bildiriblər ki, bu, həmin ərazidə "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin bölmələri tərəfindən vurulan dördüncü "Pantsir-S1" kompleksidir.