Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna daha bir yaşayış məntəqəsini azad etdi və düşmən təyyarəsi vurdu - VİDEO

Ukrayna hərbçiləri Xarkov yaxınlığında daha bir yaşayış məntəqəsini azad edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda bildirib.

Belə ki, Xarkov vilayətinin Dementyevka kəndinə nəzarət bərpa edilib.

Döyüşlər zamanı Ukraynada Rusiyaya məxsus daha bir təyyarə məhv edilib. Bu barədə Kostya Qordiyenko adına 57-ci əlahiddə motoatıcı briqada xəbər verib və görüntülər təqdim edib.

“57-ci əlahiddə motoatıcı briqadanın qərargahının məlumatına görə, 2022-ci il mayın 18-də Rusiya hərbi təyyarəsi hava hücumundan müdafiə bölməsi tərəfindən vurulub. Yaşasın Ukrayna!” - deyə məlumatda bildirilir.