Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna 10 iranlı təlimatçını məhv etdi

Ukrayna Silahlı Qüvvələri 10 iranlı təlimatçını məhv edib.

"UNIAN" xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Məlumata görə, onlar Rusiya hərbçilərinə “Shahed-136” kamikadze PUA-larından istifadə etməyi öyrədirmiş.

Qeyd olunur ki, təlimatçılar Nikolayev və Odessaya zərbələr də daxil olmaqla, Ukraynanın mülki hədəflərinə pilotsuz təyyarələrin buraxılmasına birbaşa nəzarət ediblər.