
Uitkoff və Kelloq Rusiya-Ukrayna danışıqlarında iştirak edəcəklər
14 May 2025
ABŞ Prezidentinin Yaxın Şərq və Ukrayna üzrə xüsusi nümayəndələri Stiv Uitkoff və Kit Kelloq Rusiya və Ukrayna arasında danışıqlarda iştirak etmək üçün İstanbula yollanacaqlar.
Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən bildirib.
Ötən gün ABŞ Prezidenti Donald Tramp danışıqlar üçün mayın 15-də şəxsən İstanbula getmək imkanını nəzərdən keçirdiyini bildirib. O, həmin gün Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin də İstanbula gedəcəyinə ümidvar olduğunu ifadə edib.