Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türyançay sol sahil kanalı yenidən qurulur

ADSEA tərəfindən bərpasına 2023-cü ildə başlanılan Türyançay sol sahil kanalının yenidən qurulmasının bu ilin sonuna qədər yekunlaşması nəzərdə tutulub. 

Azərbaycan Dövlət Su ehtiyatları Agentliyindən (ADSEA) Pressklub.az-a verilən məlumata görə, hazırda Türyançay sol sahil kanalının yenidən qurulmasının I mərhələsidir. 

Məlumata görə, ümumi uzunluğu 11,5 kilometr olan suvarma kanalı üzərində sudü-şürən, suburaxan, borulu keçid, səviyyəqaldıran, akveduk olmaqla ümumilikdə 48 hidrotexniki qurğu var. 

“Mənbəyini Türyançay çayından götürən suvarma kanalının yenidən qurulması nəticəsində Ağdaş və Ucar rayonlarının 11.335 hektar torpaq sahəsinin suvarılması yaxşılaşdırılacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, təkrar əkin aparılmasına da  imkan yaradacaq. Kanalın qurğularla birgə 7 kilometrlik hissəsinin tikintisi tamamlanıb və işlər davam edir”, - agentlikdən bildirilib.