Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyənin beşinci nəsil qırıcısı - Gələn il nümayiş etdiriləcək

"Türkiyənin beşinci nəsil qırıcı təyyarəsi gələn il anqardan çıxacaq və nümayiş etdiriləcək".

Bunu Türkiyə Müdafiyə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Demir deyib.

O bildirib ki, Türkiyənin beşinci nəsil qırıcı təyyarələri 2 il sonra havaya qaldırılacaq.

"Bu qırıcıların ilk beş il ərzində mühərrikləri xaricdən alınacaq. 5 il sonra isə Türkiyə qırıcı təyyarə mühərriklərinin istehsalına başlayacaq" - deyə İsmayıl Demir qeyd edib.