Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə mədəndə partlayış olub, onlarla adam dağıntılar altındadır

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənində partlayış baş verib.

Bu barədə "Haber Global" xəbər verir.

İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər xəsarət alıb. Daş kömür mədənindəki partlayışın dağıntıları altından 11 nəfər xilas edilib.

Amasra rayonunun Bələdiyyə başçısı Recai Çakır jurnalistlərə açıqlamasında bildirib ki, dağıntılar altında ümumilikdə 87 nəfər olub.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və sağlamlıq qrupları göndərilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə energetika və təbii sərvətlər naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu Bartın vilayətində daş kömür mədənindəki partlayış baş verən əraziyə yola düşüblər.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.