Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə 29 yaşlı gənc 140-cı dəfə intihara cəhd edib

Türkiyədə gənc oğlan intihara cəhd edib.

Bu barədə “Haber Global” xəbər verir.

Məlumata görə, hadisə Rize şəhərində qeydə alınıb. Belə ki, 29 yaşlı Hasan İ. 6 mərtəbəli binanın damına çıxaraq intihar etmək istəyib.

Binanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, hadisə yerinə xilasetmə xidmətinin əməkdaşları gəlib. Xilasedicilər 2 saatlıq danışıqlardan sonra gənci intihar fikrindən daşındıra biliblər.

Məlum olub ki, Hasan İ. əvvəllər də Türkiyənin müxtəlif ərazilərində 139 dəfə intihara cəhd edib.(Report)