Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə 27 nəfərin ölümünə səbəb olan terrorçu tutulub

Türkiyə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində terrorçu Ahmet Kalker ələ keçirilib.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Əməliyyatın detalları və A.Kalkerin hansı terror təşkilatını təmsil etdiyi hələ ki, açıqlanmayıb.

Bildirilib ki, onun 1995-2000-ci illərdə Türkiyənin Tunceli şəhərində həyata keçirdiyi terror aktı nəticəsində 27 mühafizə əməkdaşı, 35 mühafizə əməkdaşı və iki mülki şəxs yaralanıb.

Başqa bir məlumata görə isə Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada nöqtə əməliyyatı keçirib.

Nəticədə PKK/YPG terror təşkilatının iki rəhbəri - Hüseyn Öztürk və Vidan Fate öldürülüb.