Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə Prezidenti Azərbaycanla imzalanmış daha üç sənədi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi, enerji və mədəniyyət sahəsində əməkdaşlıqla bağlı imzalanan 3 sazişi təsdiqləyib.

Bu barədə “Resmi Gazete” məlumat verir.

Həmin sənədlər 25 fevral 2020-ci ildə Bakıda imzalanmış “Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Anlaşma”, 31 oktyabr 2017-ci ildə Bakıda imzlanmış “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Müdafiə Sənayesi Anlaşması”, 25 aprel 2018-ci ildə Ankarada imzalanmış “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti Arasında Mədəniyyət Mərkəzlərinin Qurulması, İstismarı və Fəaliyyətləri Haqqında Anlaşma”dır.(Trend)