Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə ordusu bir həftəyə 213 terrorçunu məhv edib - Ərdoğan

Oktyabrın 23-də Ankarada törədilən terror aktından sonra ümumilikdə 213 silahlı məhv edilib.

"TRT Haber” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Oktyabrın 23-də Ankarada törədilən terror aktından sonra Türkiyə ordusu tərəfindən İraqın şimalında və Suriyada 470-dən çox RRK hədəfi vurulub, bu ana qədər 213 terrorçu məhv edilib”, - Türkiyə lideri deyib.