Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türk lirəsi yenə "nokdaunda"

Türkiyənin milli valyutası türk lirəsi nisbi sabitlik dövründən sonra yenidən dəyər itirməyə başlayıb. İstanbul Birjasında keçirilən hərracda 1 dollar 15,37 türk lirəsinə satılıb.

Türkiyənin maliyyə bazarlarındakı vəziyyəti şərh edən analitiklər qeyd edirlər ki, həftə ərzində lirənin demək olar ki, beş faiz ucuzlaşmasının səbəblərindən biri aprel ayında Türkiyədə inflyasiya ilə bağlı 70%-ə çatan rəsmi məlumatların dərc olunması olub.

Vəziyyəti normallaşdırmaq üçün bir çox bankların nümayəndələri Türkiyə Mərkəzi Bankı tərəfindən uçot dərəcəsinə yenidən baxılmasını zəruri hesab edirlər. Eyni zamanda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uçot dərəcəsinin yüksək olmasına qəti şəkildə qarşı çıxdığı üçün analitiklər bunu mümkünsüz hesab edirlər.

Türkiyə Mərkəzi Bankı ötən ilin sonundan uçot dərəcəsini dəyişməz - 14% səviyyəsində saxlayır. Apreldə o, ölkədə cari il üçün inflyasiya proqnozunu 23,2%-dən 42,8%-ə qaldırıb.