Trampa sui-qəsd edən şəxs 20 ilə qədər həbs cəzası ala bilər
17 Sentyabr 2024
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsddə şübhəli bilinən Rayan Uesli Root iki ittiham üzrə 20 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Bu barədə TASS məlumat yayıb.
Məhkəmə sənədləri göstərir ki, Rootu odlu silah saxlamağa görə 15 il həbs və 250.000 dollar cərimə gözləyir. Silahın silinmiş seriya nömrəsinə malik olmasına görə ikinci ittiham beş il həbs cəzası və buna bənzər cərimə ilə nəticələnə bilər.
Xatırladaq ki, Florida ştatında Trampa qarşı növbəti sui-qəsd cəhdi olub. Hadisə keçmiş prezidentin qolf klubunun qarşısında baş verib. Atışma zamanı Tramp xəsarət almayıb.
İyulun 13-də də Pensilvaniya ştatında eks-prezidentə sui-qəsd cəhdi olmuşdu. Bu zaman o qulağından yaralanmışdı.