Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp şantaja keçib - Avropa Hörmüzün açılmasına kömək etməsə, Ukraynaya silah tədarükünü dayandıracaq

ABŞ Prezidenti Donald Tramp Avropa müttəfiqlərinin Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası üçün koalisiyaya qoşulmaqdan imtina edəcəyi təqdirdə Ukraynaya silah tədarükünü dayandıracağı ilə hədələyib.

Bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən yazıb.

Tramp ötən ay NATO-nun hərbi dəniz qüvvələrindən boğaz vasitəsilə gəmiçiliyi bərpasında ona kömək olunmasını tələb edib, lakin münaqişəyə cəlb olunmaq istəmədiklərini bildirən Avropa liderlərindən rədd cavabı alıb. Mənbələrin məlumatına görə, ABŞ lideri cavab olaraq Aİ ölkələri tərəfindən maliyyələşdirilən və NATO-nun Ukrayna üçün silah alışı proqramı olan PURL çərçivəsində tədarükləri dayandıracağı ilə hədələyib.

Nəticədə, NATO-nun baş katibi Mark Rüttenin təkidi ilə təşkilatın əsas üzvləri Fransa, Almaniya və Böyük Britaniya da daxil olmaqla bir qrup ölkə, martın 19-da Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsinə töhfə verməyə hazır olduqları barədə birgə bəyanatla çıxış edib. Daha sonra bu mövqeyi dəstəkləyən ölkələrin sayı 35-ə çatıb. İki rəsminin bildirdiyinə görə, bəyanatın dərc olunmasından əvvəlki iki gün ərzində Rütte, Tramp və ABŞ dövlət katibi Marko Rubio ilə çoxsaylı telefon danışıqları aparıb.

"Prezident Tramp NATO və digər müttəfiqlərindən məyus olduğunu açıq şəkildə ifadə edib və Prezidentin vurğuladığı kimi, Birləşmiş Ştatlar bunu yadda saxlayacaq", - Ağ Evin mətbuat katibinin müavini Anna Kelli daha əvvəl bildirib.

Tramp ABŞ-nin İrana qarşı müharibəsinə kömək etmək üçün daha çox iş görmədiklərinə görə Avropa müttəfiqlərindən dəfələrlə narazılığını bildirib, eyni zamanda Rusiya-Ukrayna münaqişəsini Vaşinqtonun deyil, Avropanın problemi adlandırıb.

"Biz NATO-nu qorumaq, onları Rusiyadan qorumaq üçün oradayıq. Lakin onlar bizi qorumağa hazır deyillər. Bu, gülüncdür", - o, ötən həftə Nazirlər Kabinetinin iclasında deyib. Çərşənbə günü Tramp ABŞ-nin NATO-dan çıxması imkanını nəzərdən keçirdiyini bildirib.