Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp: Putin Rusiya və Ukrayna arasında razılaşmanın bağlanmasında maraqlıdır

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə "əla" söhbət etdiyini bildirib.

Tramp bu barədə jurnalistlərə deyib.

Trampın sözlərinə görə, Putin Rusiya-Ukrayna münaqişəsinin başa çatmasında maraqlıdır.

"O (Putin - red.) saziş bağlamaq istəyir. Əgər Zelenski (Ukrayna Prezidenti Volodimir - red.) də saziş bağlamaq istəsə, bu, çox yaxşı olacaq", - Amerika lideri bildirib.

Tramp həmçinin Rusiya Prezidenti ilə yeni ikitərəfli görüşün keçirilməsini istisna etməyib: "Bizim yaxşı söhbətimiz oldu. Bu baş verə bilər".