Tramp Nyu-Yorkda Fars körfəzi ölkələrinin liderləri ilə görüşəcək
17 Sentyabr 2026
ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı, sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrinin liderləri və ya xarici işlər nazirləri ilə görüş keçirməyi planlaşdırır.
Bu barədə mənbələrə istinadən "Axios" portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, danışıqlarda əsas diqqət Vaşinqtonun İranla müharibə başa çatdıqdan sonrakı vəziyyətlə bağlı planlarına yönəldiləcək.
"Axios" qeyd edir ki, Tramp administrasiyası müharibədən sonrakı dövr üçün kompleks plan hazırlayır. Onun ABŞ-dəki aralıq seçkilərdən sonra yekun olaraq təsdiqlənəcəyi gözlənilir.
ABŞ Dövlət Departamenti artıq görüşə ilkin dəvətnamələri göndərib. Görüşdə Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Oman nümayəndələrinin iştirak edəcəyi gözlənilir.