Tramp İrana verdiyi vaxtı daha iki gün uzadıb
06 Aprel 2026
Trampın İrana verdiyi möhlət çərşənbə axşamı 20:00-a qədər uzadılıb.
Bunu ABŞ prezidenti Donald Tramp öz “X” hesabında bildirib.
“Çərşənbə axşamı, Şərq vaxtı ilə saat 20:00!”, - o yazıb. Qeyd edək ki, əvvəlki son tarix bazar ertəsi saat 20:00 idi.
"Əgər onlar sazişi bağlamasalar - özü də tez bir zamanda - mən hər şeyi partlatmaq və nefti nəzarətə götürmək imkanını nəzərdən keçirirəm... Düşünürəm ki, sabah üçün yaxşı şans var, danışıqlar elə hazırda da gedir", - Tramp vurğulayıb.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.