Tramp: İran nefti üzərində nəzarəti ələ keçirə bilərik
14 Sentyabr 2026
Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, ABŞ İran nefti üzərində nəzarəti ələ keçirə bilər.
O, bu barədə İrlandiyadakı qolf-klubunda jurnalistlərə bildirib.
"Nəticə etibarilə, biz qalmaq və Venesuelada olduğu kimi nefti özümüzə saxlamaq qərarına gəlməsək, gedəcəyik", - Amerika lideri bildirib.
Bununla yanaşı, Tramp İran hakimiyyətinin iştirak etməyi planlaşdırdığı, Fars körfəzi ölkələri nümayəndələrinin sentyabrın 14-də gözlənilən görüşünü şərh etməyib.
"Bu onların işidir. Onlar xoşbəxt ola bilərlər", - o əlavə edib.