Tramp: İran görüş istəyib, danışıqlar sabah Dohada olacaq
29 İyun 2026
ABŞ Prezidenti Donald Tramp İranın görüş keçirilməsi ilə bağlı müraciət etdiyini bildirib.
Tramp bu barədə "Truth Social" hesabında yazıb.
Tramp tərəflər arasında danışıqların sabah Qətərin paytaxtı Dohada keçiriləcəyini iddia edib.
“İran görüş keçirilməsini istəyib. Bu görüş sabah Dohada baş tutacaq”, – Tramp vurğulayıb.