Tramp ABŞ-ds Kanadanın "Bombardier" təyyarələrinin satışını dayandırmağa çağırıb
08 Sentyabr 2026
Amerika lideri Donald Tramp Kanadanın "Bombardier" maşınqayırma şirkətinin məhsullarını kifayət qədər yaxşı hesab etməyərək, onların ABŞ-də satışını dayandırmağa çağırıb.
O bu barədə "Truth Social"da yazıb.
"ABŞ-də daha heç bir "Bombardier" satışı olmasın! Onların məhsulları kifayət qədər yaxşı deyil! Gəlirlərinin 50%-dən çoxu Birləşmiş Ştatlardan daxil olur. Onlar Amerika alıcıları, şirkətləri, hava limanları və xidmətləri hesabına yaşayırlar", - paylaşımda bildirilir.
O, Amerikanın "Gulfstream Aerospace" şirkətinin Kanadada biznes qadağası ilə üzləşməsini ədalətsiz qərar adlandırıb.
"Bu dövr başa çatıb! Əgər onlar bizim bazarı istəyirlərsə, burada inşa etməli və Amerikaya "pul daxılı" kimi yanaşmağı dayandırmalıdırlar. Amerika istehsalı olanı alın. Amerika avialaynerlərində uçun. Amerika gölündə üzün", - Tramp yekunlaşdırıb.