Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tokayev Lukaşenkonu iradına görə yerində otuzdurdu - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Qazaxıstanın paytaxtı Astanada MDB dövlət başçıları Şurasının iclası keçirilir.

“Sputnik Qazaxıstan”ın məlumatına görə, iclas zamanı Qazaxıstan və Belarus Prezidentləri Kasım-Jomart Tokayevlə Aleksandr Lukaşenko arasında dialoq marağa səbəb olub.

Belə ki, Belarus Prezidenti Kasım Jomart-Tokayevdən nəyə görə hər kəsə MDB-nin İcraçı katibinin adının MDB Baş katibi olaraq dəyişdiriləcəyini açıqlamadığını soruşub.

Tokayev isə Lukaşenkonun bu iradına gülərək belə cavab verib: “Aleksandr Qriqoryeviç, indi sizin sevimli məşğuliyyətiniz sədri tənqid etməkdir?!”

Tokayevin bu cavabı zaldakıların təbəssümünə səbəb olub.

O, daha sonra yenidən Lukaşenkoya üzünü tutaraq “Bunu istəyirdiniz?” sualını ünvanlayıb.