Logo
news content
User
Kateqoriyalar

Xəbər

Taxıl böhranı səbəbindən milyonlarla insan ölə bilər

“Taxıl ixracını əngəlləmək milyonlarla uşaq, qadın və kişini girov saxlamaq və ölümə məhkum etmək deməkdir”. BBC-nin məlumatına görə, bunu İtaliyanın xarici işlər naziri Luici Di Mayo deyib.

Onun sözlərinə görə, növbəti bir neçə həftənin ərzaq böhranı baxımından kritik olacağı gözlənilir.

Ukrayna dünyanın əsas taxıl tədarükçülərindən biridir. Rusiya Ukraynanın bir neçə limanını ələ keçirdikdən sonra taxıl tədarükü dayanıb. Rusiya Ukraynanın ərazisinin bir hissəsinin işğalının ərzaq böhranına səbəb olduğunu inkar edir, Ukraynanın öz limanlarını minaladığı və bu səbəbdən tədarükün kəsilməsinə səbəb olduğunda təkid edir.

Bu gün Rusiya və Türkiyənin xarici işlər nazirləri limanların minalardan təmizlənməsi üzrə birgə fəaliyyətin mümkünlüyünü müzakirə ediblər. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu danışıqları şərh edərkən bildirib ki, ölkəsi taxılla bağlı problemi BMT vasitəsilə həll etməyə çalışır. “Limanların işinin bərpası ilə bağlı istənilən razılaşma Ukraynanın təhlükəsizliyinə mane olmamalıdır”, - Kuleba qeyd edib.

O, həmçinin bildirib ki, ticarət gəmiləri üçün gələcək marşrutların qorunmasında Türkiyə tərəfinə güvənir.