Logo
news content
User
Kateqoriyalar

Xəbər

Taksi sürücülərindən etiraz - “100 manat cəriməsi var”

İctimai nəqliyyatın hərəkəti ilə bağlı əsas problemlərdən biri taksi sürücülərinin və sərnişinlərinin haqlı narazılığına səbəb olub.

Məsələnin məğzi Bakıda, xüsusən də mərkəz ərazilərdə aidiyyəti qurumlar tərəfindən taksilərə sərnişin götürmək və ya düşürmək üçün heç bir şəraitin yaradılmamasıdır. 

Nəticədə cərimələnmək istəməyən sürücülər sərnişinləri sifariş nöqtəsində götürməkdən imtina edirlər. Belə olan halda isə sərnişinlə sürücü arasında narazılıq yaranır.

Sürücülər bildirir ki, bu problemin həll edilməməsi onların cərimələnməsi ilə yekunlaşır:

“Sanki hər şey taksi sürücülərinin cərimə olunmasına hesablanıb. Çünki aidiyyəti qurumlar taksi sürücülərinə cərimədən yayınmaq üçün heç bir çıxış yolu qoymayıblar. Şəhərdə əsas yolların, demək olar ki, hər birinə avtobus və velosiped zolaqları çəkilib. Oraya girmək olmaz, çünki 100 manat cəriməsi var. Hərəkət zolağında saxlamaq olmaz - həm qayda pozuntusudur, həm də təhlükədir.

Qalan yerlərdə də “dayanma-durma qadağandır” nişanları düzülüb. Bəs biz müştərini götürmək və ya düşürmək üçün nə etməliyik? Niyə biz cərimə ödəməyə məhkum olmalı və ya hər gün sərnişinlərlə mübahisə etmək məcburiyyətində qalmalıyıq? Axı taksi ictimai nəqliyyatdır və müştəriyə demək olmaz ki, mən haradasa dayanacaqda dayanmışam, gəlin oraya”. (oxu.az)