Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Stuqna" rus əsgərlərinə divan tutur - VİDEO (+18)

Ukrayna ordusu “Stuqna-P” tank əleyhinə raket kompleksindən istifadə etməklə Rusiya hərbçilərinin cəmləşdiyi yerə zərbə endiriblər.

Bu barədə infromasiyanı UNIAN nəşri yayıb.

Kompleksin operatoru ruslardan ibarət dəstənin dağlıq ərazidə hərəkət etdiyini görüb. Onlar ukraynalı əsgərlərə aydın görünən bir nöqtəyə çatıblar.

Diqqətlə nişan aldıqdan sonra operator yaylım atəşi açıb və mərmini birbaşa kütlənin üzərinə göndərib. Daha sonra videoda rus əsgərlərinin cəsədlərinin müxtəlif istiqamətlərə necə uçduğu görsənir.

Atəş nəticəsində 10-a yaxın rus hərbçisi həlak olub. 3-ü sağ qalmağı bacarıb. Videonun sonunda onlar ayağa qalxaraq gizlənməyə çalışıblar.