Logo
news content
User
Kateqoriyalar

Xəbər

Stokholmda İsveç-Azərbaycan diplomatik əlaqələrinin 30 illiyi qeyd olunub

Stokholmda İsveç və Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyi təntənə ilə qeyd olunub.

Mayın 19-da Stokholmun mərkəzində yerləşən “Alfred Nobel” adını muzeyin konsert salonunda məşhur azərbaycanlı cazmeni, Əməkdar artist İsfar Sarabskinin rəhbərliyi ilə “İsfar Sarabskinin triosu” kollektivinin möhtəşəm konserti keçirilib. Konsertdə Azərbaycan və Türkiyə diasporunun nümayəndələri ilə yanaşı, Azərbaycana dost olan bəzi ölkələrin İsveçdə təmsil olunmuş diplomatik korpusunun nümayəndələri, eləcə də Azərbaycan və İsveç rəsmiləri də iştirak edirdilər. Konsertdə iştirak edən İsveç ictimaiyyətinin nümayəndələri Azərbaycan musiqisini sevə-sevə dinləyiblər.

https://www.youtube.com/watch?v=xnSMPe-f6Fg&t=40s

Tədbirdə Azərbaycanın Xarici İşlər nazirinin müavini Fariz Rzayev və İsveç Xarici İşlər nazirinin müavini Maqnus Nilsson, həmçinin ölkəmizin İsveç Krallığındakı səfiri Zaur Əhmədov çıxış etdilər.

Tədbiri giriş sözü ilə açan səfiri Zaur Əhmədov konsertin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təşkil edildiyini qeyd edib. O, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı maraq və dostluq münasibətləri əsasında qurulduğunu diqqətə çatdırıb.

Xarici İşlər nazirinin müavini Fariz Rzayev, Azərbaycan-İsveç əlaqələrin əhəmiyyətini vurğulayıb: “Bizim əlaqələrimiz dialoq və diplomatiya əsasında qurulub. Əsas hədəfimiz adət-ənənələrimizi və mədəni dəyərlərimizi qoruyub saxlamaq, dinc və firavan həyatı təmin etməkdir”.

İsveç Krallığı Xarici İşlər nazirinin müavini Maqnus Nilsson konsertdə iştirak etməkdən məmnun olduğunu bildirərək, tədbirin ölkələrimiz üçün rəmzi və tarixi əhəmiyyət daşıyan “Alfred Nobel” muzeyində keçirilməsinin əhəmiyyətindən danışıb.

Azərbaycanın yaxın dostu, fotoqraf və rejissor Mikail Silkberq tədbirlə bağlı fikirlərini bölüşüb: “Mən Azərbaycanı hər gün yenidən kəşf edirəm. Azərbaycan musiqisi xalqı kimi heç bir başqa xalqa və musiqiyə bənzəmir. İsfar Sarabski virtual və kosmik musiqi ifa etdi”.

Qeyd edək ki, Mikail Silkberq və Rahim Sadıqbəylinin birgə çəkdiyi  ”Şuşa mədəniyyət irsi” adlı sənədli filmin son tamamlama işləri görülür.

Rahim Sadıqbəyli, Stockholm

Foto və video Rauf Əliyev