Sosial şəbəkənin gündəmi
25 Noyabr 2019
Bəzi Facebook istifadəçilərinin “uğurlu addım” kimi qiymətləndirdiyi bu hərəkət sosial şəbəkələrdə əksəriyyətin tənqidinə səbəb olub. Ata Abdullayev kimi cəmiyyətdə tanınmayan, təcrübəsi və dil bilgisi zəif “bloqqer”in onilliklərlə münaqişədə olduğumuz bir ölkənin rəhbərinin qarşısına çıxması, onunla dialoqa girməsi və “Qarabağı azad edin” deyə yalvarması daha böyük narazılıq yaradıb. Ata Abdullayevin “ölkəni biabır etdiyini” deyənlər, onun “hakimiyyətin layihəsi” olduğunu söyləyənlər və buna görə hökumətə irad bildirənlər də az deyil.
Ölkə rəsmilərinin, ictimai xadimlərin, jurnalistlərin və şəbəkə fəallarının reaksiyalarından bəzi səciyyəvi fikirləri təqdim edirik:
Əli Həsənov: "Azərbaycan dövləti və hakimiyyəti o günə qalmayıb ki, hansısa Ata Abdullayev kimi şəxsi Ermənistan baş naziri Nikol Paşinyanın keçirdiyi tədbirə göndərib o cür səviyyəsiz “dialoqu” təşkil etsin".
Bəxtiyar Hacıyev: …Bir balaca ağlı olan, prosesləri müşahidə edən insan üçün aydındır nə baş verir. "Bəxtiyar Hacıyev Paşinyana sual verdi, ictimaiyyəti təqdir etdi, Bəxtiyarın qarşısını almaq cəhdləri uğursuz oldu, hələ üstəlik İTV-yə çıxdı. Gəl, göndərək Ata Abdullayevi, şüvən salsın,.. Heç kim daha belə şeylər edib, özünü Ata ilə müqayisə etdirməsin"… Elədilər də bunu. Necə ki, yanvar-mart aylarında “prezident "islahatlara başlayıb" fikri yayılanda, 50-dən çox siyasi məhbus azadlığa buraxılanda birdən-birə Ata Abdullayev Vyanada prezidentin olduğu binaya düşdü. Onların fotosu çəkildi, dərhal da bütün tənqidçilərin inbox-una göndərildi ki, "bu da sizin islahatçınız" fikri yayılsın.
…Nəhayət, Ata baş nazir Paşinyana iki böyük pas atdı ki, Paşinyan Azərbaycanın eks-prezidenti A.Mütəllibovun ağzından "Xocalı qətliamını özünüz törətmisiniz" desin və Azərbaycanın indiki prezidenti barədə "sizin prezidentinizin olduğu yerə erməni yaxınlaşıb sual verə bilməz" fikrini səsləndirsin. Mən hələ Atanın işğalçı ölkə liderinə yalvarmağını, bu prosesi lentə almaq üçün dəridən-qabıqdan çıxmağını, başqa şeyləri demirəm. Ata və onu ora göndərənlər dünən Azərbaycana, Azərbaycan xalqına, Azərbaycanın nüfuzuna və gələcəyimizə böyük bir zərbə vurdular…
Cabir Süleymanlı: Beynəlxalq ictimaiyyət qarşısında baş verən hansısa hadisə barədə xəbərdən bu qədər utanc yaşadığımı xatırlamıram. Ağzının danışığını bilməyən, normal cümlə qura bilməyən,.. səlis məntiqi belə olmayan biri ölkənin və xalqın imicini yerlə bir edir. Bəxtiyar Hacıyevin mədəni və diplomatik şəkildə verdiyi suallara tənqid yağdıranların bəziləri indi bu adamla bağlı “Paşinyanı şok etdi” yazırlar. Vallah, ayıbdır...
Günel Səfərova: Beynəlxalq arenada təmsilçilik bilik, bacarıq və səriştə istəyir. Xarici dillərdən birini mükəmməl bilmək lazımdır. Dil bilgisini məlumatlılıq və savad da tamamlamalıdır. Davranışında diqqətli olmalısan. Ümumiyyətlə hakimiyyətin və ya müxalifətin təmsilçiləri, o cümlədən müstəqil ekspertlər Qarabağ münaqişəsi ilə bağlı müfəssəl məlumata malik olmalıdırlar. İştirak etdiyim beynəlxalq tədbirlərdə ekspertlərimiz çıxışlarında "torpaqlarımızın 20 faizi işğal olunub", "Bir milyon qaçqın var" faktından uzağa gedə bilməyiblər. Hakimiyyətin beynəlxalq tədbirlərdəki təmsilçilərinə Qarabağ məsələsini hərtərəfli, beynəlxalq qanunvericilik səviyyəsində bilən Hikmət Hacıyevdən təlimat almağı tövsiyə edirəm.
Jalə Mütəllimova: Azərbaycan rəsmilərindən bir ricam var. Ermənistan batır, Paşinyan çobandır, təlxəkdir, biz öndəyik və sair kimi siyasətin başını buraxın. Onların pulları az ola bilər, amma işğal eləyiblər, dünya onları dəstəkləyir, bizi də ələ salırlar. Bizim çox olan pulumuz hələ nəsə eləyə bilmir bu istiqamətdə…
Tahir Tahiroviç: Təklif edirəm ATA HOLDİNG adını təcili dəyişsin.
Adil İsmayılov: "Ata" başa tac imiş, hər dərdə əlac imiş?..