Sosial şəbəkələrə yeni cərimələr: 50 min manatadək
09 İyun 2026
Azərbaycanda yaş məhdudiyyəti qoyulan sosial şəbəkələrin qaydalarını pozanlara yeni cərimələr tətbiq olunacaq.
Milli Məclisin komitələri iyunun 8-də bununla bağlı qanun layihəsini müzakirə edib.
Cərimələr nə qədərdir
Məlumatın gecikdirilməsi: Məlumatı dövlətə vaxtında verməyən və ya onu təhrif edən vəzifəli şəxslər 6000-7000 manat, şirkətlər isə 15-20 min manat cərimələnəcək.
Sorğuların cavablandırılmaması: Dövlətin sorğusuna 5 iş günü ərzində cavab verməyən vəzifəli şəxslər 7000-8000 manat, şirkətlər 25-30 min manat ödəyəcək.
Yaş qaydalarının pozulması: Yaş məhdudiyyəti qaydalarını pozan vəzifəli şəxslər 8000-9000 manat, şirkətlər 35-40 min manat cərimə olunacaq.
Yaş məhdudiyyəti necə olacaq
16 yaş qadağası: 16 yaşı tamam olmamış uşaqlara sosial şəbəkələrdə fərdi hesab (profil) açmaq qadağan olunacaq.
16-18 yaş qrupu: 16-18 yaşlılar üçün daha yumşaq, amma xüsusi nəzarətli qeydiyyat qaydaları tətbiq ediləcək.
Platformaların siyahısı: Sərt qaydaların hansı sosial şəbəkələrə şamil olunacağını müvafiq dövlət qurumu müəyyənləşdirəcək.
Bu il Azərbaycanda bir çox sahələrdə cərimələr artırılıb. Əvvəllər ekspertlər bunu neftin ucuzlaşması ilə əlaqələndirirdi. Son üç ayda isə neftin qiyməti təxminən 60 faiz bahalaşıb.