Logo
news content
User
Kateqoriyalar

Xəbər

Son nəfəslik bağlanır: ABŞ Rusiya neftindən imtinaya hazırlaşır

Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatası Rusiya neftindən imtinaya, Konqres isə Ukraynaya 10 milyard dollar yardım etməyə hazırlaşır.

Pressklub.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Palatanın sədri Nensi Pelosi bildirib.

"Hazırda Palata Rusiyanı dünya iqtisadiyyatından daha çox təcrid edəcək güclü bir qanunvericilik aktının qəbulu məsələsini araşdırır” – deyə, Pelosi bildirib.

Spiker əlavə edib ki, sözügedən qanun layihəsi Rusiya neftinin və digər enerjidaşıyıcılarının ABŞ-a idxalını qadağan etməyi, Rusiya və Belarusla ticarət əlaqələrini dayandırmağı və Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə imkan verilməsməsini nəzərdə tutur.