Logo
news content
User
Kateqoriyalar

Xəbər

“SOCAR PETROLEUM” Ağdamda yeni modul tipli YDM istifadəyə verib

Böyük zəfərin ardından işğaldan azad edilmiş, bənzəri olmayan dilbər guşələrimiz tez bir zamanda əvvəlki görkəminə qaytarılır. Bu məqsədlə Qarabağ bölgəsində fasiləsiz quruculuq işləri həyata keçirilir.

Bu quruculuq işləri dövründə nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə “SOCAR PETROLEUM” QSC Ağdam şəhərində, inşası hazırda davam edən yeni yolun üzərində, “SOCAR” brendli modul tipli yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verib.

Beləliklə “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 40-a çatdırılıb.