Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sıx təmas: Stoltenberq Türkiyəyə, Lukaşenko İrana

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyəyə gedəcək.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveç və Finlandiyanın Alyansa üzvlüyünü müzakirə edəcək.

Baş katib Türkiyə, İsveç və Finlandiya ilə sıx təmasda olduğunu bildirib: "Türkiyə, İsveç və Finlandiya ilə üçtərəfli formatda müzakirələr aparmasından şadıq".

Qeyd edək ki, Yens Stoltenberqin Türkiyəyə səfərinin tarixi hələ ki, açıqlanmayıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko isə yaxın günlərdə İranın paytaxtı Tehrana səfər edəcək.

“Fars” agentliyi xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda Belarusun xarici işlər naziri Vladimir Makeevlə görüşün nəticələri ilə bağlı keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində müxtəlif sənədlərlə yanaşı, İranla Belarus arasında uzunmüddətli əməkdaşlığa dair hərtərəfli müqavilələr də imzalanacaq.