“Sinovac” peyvəndi “Omikron”a qarşı da effektlidir?
13 Yanvar 2022
“Dünyada istifadə olunan peyvəndlərin hamısı effektlidir. Azərbaycanda pandemiyanın əvvəllərində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndindən istifadə etdik”.
Bunu açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini Akif Qurbanov koronavirusun bütün variantlarına qarşı effektli vaksinlə bağlı danışarkən bildirib.
Onun sözlərinə görə, “Sinovac” peyvəndinin tərkibində öldürülmuş virus var:
“Bu peyvənd effektlidir, amma öldürülmüş peyvənd olduğundan içərisində canlı, diri, digər agentlər olan peyvəndlərə nisbətən bir qədər effekti zəifdir. Üstünlüyü tam təhlükəsiz olmasıdır. Yəni, yan təsirləri çox azdır. Ona görə də orqanizm üçün böyük problem yaratmır”.
A.Qurbanov bildirib ki, “Pfizer” peyvəndinin tərkibində virusun səthi zülalları var:
“Nəzərə alsaq ki, virusun səthi zülalları mutasiya nəticəsində dəyişikliyə uğrayır, müəyyən qədər effektivliyini zəiflədə bilər. Amma elmi məntiqi nəticə onu deməyə əsas verir ki, hazırda istifadə etdiyimiz “CoronaVac” peyvəndinin tərkibi tam virus olduğu üçün bu, bizi “Omikron” ştammından daha çox qorumaq qabiliyyətinə malik olacaq. Elm onu deyir ki, “Sinovac” peyvəndi mutant ştammlara qarşı daha effektivdir”.
TƏBİB rəsmisi qeyd edib ki, koronavirusa qarşı olunan peyvəndlər qripdən qoruma xüsusiyyətinə malik deyil, çünki digər xəstəliklərin özünün müvafiq peyvəndləri var.
Qeyd edək ki, son rəsmi məlumata görə, ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K “Omikron” variantı aşkarlanıb. ( Modern.az)