Logo
news content
User
Kateqoriyalar

Xəbər

Simonyana da qadağa gəldi: Ermənistana girə bilməz

Erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyanın Ermənistana girişi qadağan edilib.

Bu barədə Simonyan öz "Telegram" kanalında yazıb.

Rusiya Dövlət Dumasının ermənipərəst deputatının Ermənistanda arzuolunmaz şəxs elan olunmasını şərh edən Simonyan bildirib ki, onun da Ermənistana girişi yasaqlanıb.

"Uzun illər Ermənistanın qatı dəstəkçisi olan Konstantin Zatulinin Ermənistana girişi bu ölkənin hazırkı rəhbəri tərəfindən qadağan edilib. Yeri gəlmişkən, mənə də", - deyə Simonyan yazıb.