Logo
news content
User
Kateqoriyalar

Xəbər

Səudiyyə Ərəbistanı və Fransada helikopter və təyyarə qəzası: 25 nəfər ölüb

Fransanın şimal-şərqində Almaniyada qeydiyyatda olan "Pilatus" təyyarəsinin qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub.

Bu barədə Myort və Mozel departamentinin administrasiyasına istinadən "Agence France-Presse" məlumat yayıb.

Həlak olanlar arasında beş təlimçi, beş həvəskar paraşütçü və pilot var.

Səudiyyə Ərəbistanının Ras Tanura şəhərində isə "Saudi Aramco" şirkətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində azı 14 nəfər həlak olub.

Bu barədə "Saudi Press Agency" (SPA) agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Qəzanın səbəbi məlum deyil, istintaq aparılır.

Əş-Şərqiyyə əyalətində yerləşən Ras Tanurada "Saudi Aramco" tərəfindən idarə olunan Yaxın Şərqin ən böyük neft emalı zavodu yerləşir.