Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Şərurlu İsfəndiyar" məhkəməyə gəlib - FOTO

Mənbə: APA

Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilir.

İsfəndiyar Axundov Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesə qatılıb.

Xatırladaq ki, ötən prosesdə xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun müdafiəçisi Asim Abbasov İsfəndiyar Axundovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatətin baxılmamış saxlanılması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.