Logo
news content
User
Kateqoriyalar

Xəbər

Serbiya prezidenti: "Xerson uğrunda döyüş Stalinqrad döyüşünün bənzəri olacaq və müharibənin taleyini həll edəcək"

Xerson uğrundə gedən döyüşlər müharibənin gedişində həlledici rol oynayacaq.

“Strana.ua” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç “Pink” telekanalına müsahibəsi zamanı deyib.

Vuçiç Xerson uğrunda döyüşləri Stalinqrad döyüşü (Böyük Vətən müharibəsi) ilə müqayisə edib.

“Qarşıdan çox ağır dövr gəlir, növbəti qış daha da çətin keçəcək, çünki Stalinqrad uğrunda döyüşün bənzəri olan və Ukraynadakı müharibənin taleyini həll edəcək döyüşün şahidi olacağıq. Xerson döyüşündə hər iki tərəf minlərlə tank, uçuş aparatları və artilleriya istifadə edəcək.

Qərb düşünür ki, bu yolla Rusiyanı dağıda biləcək, Rusiya isə hesab edir ki, yalnız bu yolla müharibənin əvvəlindən əldə etdiyini qoruyub saxlaya və müharibəni sona çatdıra biləcək. Bu isə öz növbəsində dünyanın hər yerində əlavə problemlər yaradacaq” – prezident vurğulayıb.

Xatırladaq ki, KİV tərəfindən Rusiyanın Xersonda 3 müdafiə xətti qurması barədə peyk görüntüləri yayılmışdı.