Logo
news content
User
Kateqoriyalar

Xəbər

Separatçıların keçmiş lideri: "Xerson istiqamətində vəziyyət pisləşir"

“Xerson-Nikolayev cəbhəsində ümumi vəziyyət getdikcə pisləşməkdə davam edir”.

Bunu qondarma Donetsk Xalq Respublikasının sabiq “müdafiə naziri” İqor Girkin etiraf edib.



“Son döyüşlər sonucunda qarşı tərəf (Ukrayna qüvvələri – red.) xeyli itki versə də, yenə də bir neçə kilometr irəliləyə bilib. Hazırda Ukrayna Silahlı Qüvvələri Çernobaevka (Xersonun şimal-qərbində yerləşən Çernbaevka kəndi) və Snigirevka (Xersondan şimal-şərqdə) istiqamətlərində zərbə qruplarının genişləndirməyə davam edir”, - İ.Girkin vurğulayıb.

Qeyd edək ki, İqor Girkin separatçıların “müdafiə naziri” olmadan öncə uzun müddət Rusiya Federal Təhlükəsizlik Xidmətində şöbə rəisinin müavini vəzifəsində çalışıb. O, hazırda Donbasdakı separatçıları, qondarma quruluşları dəstəkləyən “Novorossiya” ictimai hərəkatının rəhbəridir.

Ukrayna qüvvələri son vaxtlar Xerson vilayətinin cənub-qərbində əks-hücuma keçməklə, o cümlədən İnqulets çayının şərq sahilində mövqelərini bərpa etməklə müəyyən uğurlar əldə ediblər.

Bunu isə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“İşğal olunmuş Xerson vilayətində Rusiya rublu qanuni ödəniş vasitəsi kimi tətbiq etməklə və məktəblərə rus dərs proqramını və dilini tətbiq etmək üçün rus müəllimləri işə götürməklə öz idarəçiliyini Rusiya Federasiyasının idarəçiliyi ilə zorla uyğunlaşdırır”, - məlumatda qeyd olunub.