Separatçılara tarixi mədəniyyət abidələrinin məhvi ilə də bağlı ittiham verilib
01 Oktyabr 2024
Qarabağda tarixi mədəniyyət abidələrini məhv edən separatçılara ittiham irəli sürülüb.
Bunu jurnalistlərə açıqlmasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, separatçıların bütün hüquqları təmin olunur, onların hər birinin bir neçə vəkili var: "Onların hər birinin iş materialları ilə tanış olma kimi hüquqları var".
O əlavə edib ki, istintaq hərəkətlərinin aparılması üzrə prosedurlar başa çatıb.
“Artıq cinayət işinin materialları ilə tanışolma mərhələsidir. Bu mərhələ kifayət qədər uzun vaxt tələb edir. Çünki zərərçəkmişlər həddindən artıq çoxdur. Eyni zamanda təqsirləndirilən şəxslərin hüquqları beynəlxalq konvensiyalara və milli qanunvericiliyin tələblərinə uyğun olaraq təmin olunur. Onların hər birinin bir neçə vəkili var. Onların hüququ var ki, materiallarla tanış olsunlar. Çünki ittihamlar kifayət qədər ciddidir. Separatçılıqla, o cümlədən bizim tarixi-mədəni abidələrin məhvi ilə bağlı ittihamlardır", - deyə o bildirib.
K. Əliyev vurğulayıb edib ki, bu proseslər tamamlandıqdan sonra iş baxılması üçün məhkəməyə təqdim olunacaq.