Logo
news content
User
Kateqoriyalar

Xəbər

SEPAH Hörmüz boğazında ABŞ-yə məxsus sualtı aparatı ələ keçirib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-a məxsus bir ədəd ağıllı pilotsuz sualtı aparatın Hörmüz boğazında ələ keçirildiyini açıqlayıb.

Bu barədə SEPAH Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanatda bildirilib.

Məlumata görə, ABŞ ordusunun ən müasir ağıllı və pilotsuz sualtı aparatlarından biri bu gün səhər saatlarında Hörmüz boğazının girişində mürəkkəb məlumat və əməliyyat üstünlüyü təmin edən tədbir nəticəsində tələyə salınıb.

SEPAH əlavə edib ki, sözügedən sualtı aparat dünyanın sualtı texnologiya sahəsində ən yeni texnologiyalardan birinə malikdir.

Bəyanatda o da qeyd olunub ki, aparat 2025-ci ildə ABŞ ordusunun donanmasına təhvil verilib.